Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Soli yanvarın 9-da AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Görüşdə Azərbaycan və Tacikistan arasındakı əlaqələrdən söz açılıb. G.Baxşəliyeva səfirə İnstitutda aparılan elmi tədqiqat istiqamətləri barədə məlumat verib.
Görüşdə Şərqşünaslıq İnstitutunda Tacik dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı müzakirələr aparılıb. Həmçinin AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Tacikistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə elmi əlaqələrinin qurulmasının perspektivlərindən söz açılıb.