Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda BDU tələbələrinə İranın Cənubi Qafqaz Siyasəti haqqında mühazirə oxunub

18 May 2024

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik  Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Mayın 17-də tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı İranın Cənubi Qafqaz Siyasəti haqqında mühazirə oxuyub.

 

Dos. S.Talıblı İranın xarici siyasətində Cənubi Qafqaz ölkələrinin yeri, İran-Azərbaycan, İran-Gürcüstan, İran-Ermənistan münasibətlərini şərh edib. Mühazirədə xüsusilə İranın Qarabağ münaqişəsində tutduğu mövqe, tarixi faktlar, mənbə, elmi ədəbiyyat, dövrü mətbuat söykənərək fakt və sənədlərlə məlumat verib. Tələbələrə məsləhət və tövsiyələr verilib, verilən suallar cavablandırılıb. 

Mühazirə bitdikdən sonra İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və tələbələrə istehsalat təcrübəsində rəhbərlik edən Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva tələbələrə gələcək peşə seçimləri ilə bağlı öz tövsiyələrini veriblər və onlara uğurlar arzulayıblar.

 

 

Download Template Joomla 3.0 free theme.