Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

E L A N

22 Dekabr 2017

Azərbaycan Milli Elmlər Akademiyası ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində -

Tərcümə mərkəzi və dil kursları fəaliyyət göstərir.



Mərkəzimizdə elmi, bədii, ictimai-siyasi, tarixi əsərlərin türk, çin, fars, ərəb, urdu, rus, ingilis dillərindən Azərbaycan dilinə tərcüməsi (həmçinin əksinə) və redaktəsi həyata keçirilir. Mərkəzdə hər növ sənədlər- elmi işlər, tibbi sənədlər, diplom və diplom işləri, etibarnamələr, müxtəlif mövzulu mətnlər və s. tərcümə olunur.

Mərkəzdə həmçinin türk, çin, fars, ərəb, urdu, rus, ingilis dillərinin yüksək səviyyədə öyrədilməsi üçün kurslar fəaliyyət göstərir.



Mərkəzin işinə elmi dərəcəsi və elmi adı olan yüksək təhsilli mütəxəssislər cəlb olunmuşdur.

Xidmət haqqı müqavilə yolu ilə həyata keçirilir.

Tərcümə və redaktədə tariflər işin həcminə və mövzusuna, dil kurslarında qrup üzvlərinin sayına görə dəyişir.

Telefon: 00994 50 342 81 67

Ünvan: Yasamal Rayonu, Hüseyn Cavid prospekti , Akademiya şəhərciyi, Əsas bina, VII mərtəbə, 718-ci otaq.

Download Template Joomla 3.0 free theme.