Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” kitabı çapdan çıxıb

16 May 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” adlı kitabı çapdan çıxıb.

Fars dilinin azərbaycanlı alimlər tərəfindən öyrənilməsinin on əsrlik bir tarixi var. «Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)»  monoqrafiyasından bu tarixin sovet dövründə, eləcə də müstəqilliyimizin ilk on ilində Azərbaycan Dövlət Universitetində, respublikanın bir sıra digər ali məktəblərində və Elmlər Akademiyasında, əsasən Şərqşünaslıq İnstitutunda fars dili ilə bağlı nəşr olunan kitablar, dərsliklər və dərs vəsaitləri barəsində ətraflı məlumat almaq olar.

 

Monoqrafiyanın birinci fəslində fars dilinin Azərbaycan alimləri tərəfindən tədqiqinin 10 əsrlik tarixinə qısa ekskurs edilir, XX əsrdə bu sahədə aparılan tədqiqatların istiqamətləri barədə məlumat verilir.

İkinci fəsil əsasən Bakı Dövlət Universiteti olmaqla, ali məktəb müəllimləri tərəfindən yazılmış dərsliklər, dərs vəsaitləri və elmi əsərlərə həsr olunub. Burada Əli Azəri, Rəhim Sultanov, Neyyərzaman Hatəmi, Həsən Əlizadə, Əhməd Şəfai, Təhminə Rüstəmova Həsən Mahmudov, Şulan Şirəliyev, Anya Ələkbərova, Fəxrəntac Zülfüqarova, Mənzərə Məmmədova, Əsmətxanım Məmmədova, Tofiq Cahangirov və digərlərinin fars dilçiliyi sahəsində elmə və təhsilə verdikləri töhfələri təqdim edilir.

Üçüncü fəsil əsasən Şərqşünaslıq İnstitutu olmaqla, Elmlər Akademiyasında çalışan alimlərin, o cümlədən Həsən Zərinəzadə, Məmmədağa Sultanov, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli və digərərini elmi yaradıcılığına həsr olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyevadır.

Əsər şərqşünaslar, filoloq alimlər üçün nəzərdə tutulub.

Download Template Joomla 3.0 free theme.