Mühazirəni giriş sözü ilə açan İnstitutun İran filologiyası şöbəsinin müdiri, fil.ü.f.d., dos. Günay Verdiyeva tələbələrə mühazirənin mövzusu barədə məlumat verib.
Sonra Saleh Dostəliyev mühazirəyə başlayıb. Mühazirəçi İranın İslam İnqilabından sonrakı tarixindən bəhs edib. S.Dostəliyev əvvəlcə İran İslam İnqilabına gedən yoldan danışıb, daha sonra İnqilabın özü barədə məlumat verərək, həmin tarixdən sonra ölkənin siyasi həyatında baş verən dəyişikliklərdən bəhs edib.