Aynurə Məmmədova “Qərb və Şərq mütəfəkkirlərinin ədəbi-bədii ideyaları” mövzusunda məruzə edib. Müasir ədəbiyyatşünaslıqda Qərb və Şərq kontekstinin tədqiqinin mühüm məsələlərdən biri olduğunu söyləyən məruzəçi ötən əsrin 30-cu illərindən oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatlarda insanın mənəvi-estetik inkişafı prosesində ədəbiyyatın xüsusi əhəmiyyəti olduğunu qeyd edib.
Elnarə Bünyatova “Şərq və Qərbin sivilizasiya, ədəbi və kulturloloji xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzədə bu sivilizasiyaların ədəbi və kulturoloji xüsusiyyətləri, onların müasir dünyada qarşılıqlı əlaqəsi nəzərdən keçirilib. Məruzəçi Qərb ölkələrinin, ilk növbədə, Avropa və ABŞ-ın qarşılıqlı fəaliyyətində yüksək dərəcədə konsolidasiya müşahidə olunduğunu, bundan əlavə, tədqiqatçıların Şərqi Qərb dünyası adlandırılan ölkələrdə əhəmiyyətli ideoloji və mədəni fərqlərin olduğunu qeyd edib.