Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTU İLƏ İSLAM TARİX, SƏNƏT VƏ MƏDƏNİYYƏT ARAŞDIRMALARI MƏRKƏZİ ARASINDA MEMORANDUM İMZALANDI

22 Dekabr 2017

slam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin direktoru dr. Halit Eren dekabrın 22-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Mərkəzi Türkiyənin İstanbul şəhərində yerləşən beynəlxalq təşkilatın rəhbəri ilk olaraq, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva və İnstitutun direktor müavini, akademik Şahin Mustafayevlə görüşüb.


Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun tarixi və burada aparılan tədqiqatlar haqqında məlumat verib. Dr. H.Eren İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin son dövr fəaliyyətindən danışıb.

Sonra dr. Halit Eren Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Qonağı təqdim edən akademik G.Baxşəliyeva Azərbaycan-Türkiyə əlaqələrindən danışıb və iki ölkə arasında elmi əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib. Dr. Halit Eren şərqşünas alimlərə özünün İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzindəki fəaliyyəti barədə məlumat verib, iki təşkilat arasında qarşıdakı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və İslam Tarix, Sənət və  Mədəniyyət Araşdırmaları Mərkəzinin direktoru dr. Halit Eren imzalayıblar. Memorandumda tədbirlərin keçirilməsi zamanı qarşılıqlı dəstək, tədris proqramlarının təşkili, təcrübə, mütəxəssis və mənbələrin mübadiləsi, müştərək nəşr və digər elmi fəaliyyətlər nəzərdə tutulur.

Download Template Joomla 3.0 free theme.