Faidə Omarova “Qıpçaq qrupu türk dillərində müşahidə olunan affikslər haqqında” adlı məruzəsində qıpçaq qrupu türk dillərindən olan qazax, qırğız, başqırd, qaraqalpaq, noqay və kumık dillərinin affiksləri haqqında məlumat verib. Məruzədə türkoloqların həmin dillərin affiksləri haqqında fikirləri qeyd olunub.
Aygül Mirzəyeva “Türk və qaqauz dillərində mərasim leksikasının linqvokulturoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi türk və qaqauz dillərinin lüğət fondunda xüsusi yer tutan mərasim leksikası tədqiqata cəlb edib. İnsan həyatının üç əsas keçid mərhələsi olan doğum, evlənmə və ölüm hadisələri ilə bağlı türk və qaqauz xalqlarının həyata keçirdikləri ənənələr, ayinlər ümumtürk və müasir türk mədəniyyətləri ilə müqayisəli şəkildə təhlil edilib.