Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

03 May 2024

AMEA-nın akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Rəhimovanın “Mahşərəf Məsturənin poeziyası”  adlı monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədidir.



Monoqrafiyada  istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və  s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılıöının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyəti ilə farsdilli poeziyanın nümayəndələri ilə müqayisələr aparılır, irs-varislik münasibətləri təhlil edilir.

Monoqrafiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə XIX əsrdə Məsturənin yaşadığı Ərdalanda  ictimai-siyasi və ədəbi mühitdən, şairin həyatı və şəxsiyyətindən, eləcə də yaradıcılıq istiqamətlərindən bəhs edilir.

Məsturənin poetik irsinə həsr olunmuş ikinci fəsdildə onun qəzəllərinin janr və struktur poetikası, tematik xüsusiyyətləri, başlıca surət və motivləri, şairin avtobioqrafik şeirləri, dini görüşləri, mərsiyə xarakterli tərkibbəndləri, fəxriyyə səciyyəli beytləri və s. araşdırılır.

Üçüncü fəsil Məsturə şeirinin sənətkarlıq xüsusiyyətlərinə həsr olunub. Burada mənəvi və üslubi poetik fiqurlar, dil və üslub xüsusiyyətləri nəzərdən keçirilir.

Dördüncü fəsildə Məsturə yaradıcılığına Azərbaycan və İran şeiri kontekstində yanaşılır. Bu fəsildə Məsturə yaradıcılığının orta əsrlər divan ədəbiyyatı, o cümlədən Azərbaycanın qadın şairlərinin şeirləri ilə müqayisəsi aparılır.

Download Template Joomla 3.0 free theme.