2017-ci ildə İnstitut əməkdaşlarının icra etdikləri 103 elmi-tədqiqat işindən 47-si başa çatıb. Qalan işlərin 2017-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
“Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə aparılan elmi tədqiqat işlərindən aşağıdakı icrası başa çatmış işləri xüsusi qeyd etmək olar: Seyid Cəfər Pişəvərinin siyasi, elmi və mədəni fəaliyyəti (i.ü.f.d. Ə.Bije), Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında (t.ü.f.d. S.Talıblı), Müstəqil Azərbaycan Respublikasının yaranması və Qarabağ müharibəsinin cənubi azərbaycanlıların milli şüurunun inkişafına təsiri (Ş.Rüstəmova), Cənubi Azərbaycanın Urmiya bölgəsində etno-demoqrafik durum barədə (C.Mirzəyeva), Cənubi Azərbaycan ərazisində tarixi-mədəni abidələr (R.Rüstəmov), Ö.Çələbi “Səyahətnamə”. IV cild (t.ü.f.d. B.Bəşirova), Cənubi Azərbaycanın Urmiya bölgəsinə aid Osmanlı arxiv sənədlərinin tədqiqi (Y.Nəsirova), “Osmanlı dövlətində Məşrutə hərəkatının türk və Azərbaycan ictimai-siyasi fikrinə təsiri (t.ü.f.d. Z.Vəliyeva), “Beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı” (H.Günəşli), Böyük Britaniya türkologiyasının görkəmli simaları (M.Ənsərli), Antik və ərəb mənbələrinin beynəlxalq ticarət yolları haqda məlumatlarında Qafqaz marşrutları (t.ü.f.d.S.Süleymanova), Şəmsəddin Əhməd ibn Məhəmməd İbn Xəlliqanın “Vafəyət əl-Əyan və ənbə əbnə əz-zaman” əsərində orta əsrlər müsəlman memarlıq abidələri haqqında məlumatlar (t.ü.f.d. N.Bayramlı), Azad iqtisadi zonalar Çinin regional siyasətinin mühüm tərkib hissəsi kimi (N.Məmmədova), Cümhuriyyətə qədər bəzi tanınmış Türkiyə sənətkarlarının yaradıcılıq yolu haqqında (f.ü.e.d. A.Abıyev), XX əsrin əvvəllərində ərəb nəzm və nəsr nümunələrində erməni obrazının tənqidi (f.ü.e.d. V.Cəfərov), A.İmanquliyevanın yeni ərəb ədəbiyyatı korifeyləri haqqında tədqiqatları (X.Əliyeva), XIV-XVI əsrlər Azərbaycan ərəbdilli şerinin inkişaf xüsusiyyətləri və tematikası (f.ü.f.d. R.Cümşüdlü), Sibaveyhinin “Əl-kitab” əsəri ərəb qrammatikasının ilkin mənbəyi kimi (f.ü.f.d. L.Orucova), Ərəb leksikoqrafiyasında ikidilli (türk-ərəb və ərəb-türk) lüğətlərin yazılmasına M.Kaşğarinin təsiri (f.ü.f.d. Z.Rüstəmova), Farsdilli ədəbiyyatın inkişaf yolları /XVI-XVII əsrlər/ (f.ü.e.d. M.Kazımov), Siyasi islam və dünyəvi Türkiyənin ideoloji reallıqları (fəl.ü.f.d. E.Həsənova), İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər, (fəl.ü.f.d. İ.Əlimuradov, fəl.ü.f.d. A.Həbibov, fəl.ü.f.d. E.Məmmədov, fəl.ü.f.d. L.Məlikova), Multikulturalizm və Şərq-Qərb etik normalar prizmasından ünsiyyət mədəniyyəti (ilah.ü.f.d. M.Babaşlı).
Şərqşünaslıq İnstitutununu 2017-ci ildə mühüm nəticələri isə aşağıdakılardır: Müasir Şərqşünaslığın Aktual Problemləri” (Ziya Bünyadov Qiraətləri) adlı Beynəlxalq Konfrans, 16-17 oktyabr 2017 (Konfransda 51 xarici qonaq iştirak edib, 250-dən çox tezis çap edilmiş, onlardan 80-i xarici alimlərə məxsusdur); Multikulturalizm və Şərq-Qərb etik normalar prizmasından ünsiyyət mədəniyyəti (ilah.ü.f.d. M.Babaşlı); İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər, (fəl.ü.f.d. İ.Əlimuradov, fəl.ü.f.d. A.Həbibov, fəl.ü.f.d. E.Məmmədov, fəl.ü.f.d. L.Məlikova); t.ü.f.d. Yeganə Hacıyeva. “İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)”. Bakı, “Adiloğlu” nəşriyyatı, 2017, 306 s.; URMU dünyanı yandıran müharibədə (tərcüməçi: f.ü.f.d. Ş.Pənahoğlu). Bakı, “NURLAR”, 2017, 384 s. Hüseyn Əlizadə (Barış Mərəndi). “21 Azər” soyqırımı. (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar), fars dilindən tərcümə edən: S.Dostəliyev. “Elm və təhsil” nəşriyyatı, Bakı – 2017, 376 s.
2017-ci ildə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticələri müxtəlif ali təhsil müəssisələrinin şərqşünaslıq fakültələrinin tədris proqramlarında, habelə Şərqin bir sıra ölkələrinin tarixinə, ictimai-siyasi həyatına, fəlsəfəsinə, dini durumuna, filologiyasına aid fərdi və kollektiv tədqiqatlarda tətbiq olunub. Hazırlanmış lüğətlərdən geniş istifadə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihəsinin icrası 2017-ci ilin fevral ayında başlanılıb – “Cənubi Qafqaz və Azərbaycana dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri” AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu (rəhbər: Ş.M.Mustafayev, iştirakçılar Yaxşıxanım Nəsirova, Gülər Qafqazlı).
2017-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin “Tərcümə (ərəb dili üzrə)” ixtisasının bakalavriatura səviyyəsinin IV kursunda təhsil alan tələbələr və SABAH qruplarında təhsil alan tələbələr İnstitutda təcrübə keçiblər. Çin səfirliyinin Konfutsi mərkəzinin təşkilatçılığı ilə İnstitut əməkdaşlarına dil daşıyıcısı tərəfindən çin dili tədris edilir.
Bu il İnstitutda 18 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub:
1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfransın materialları. (16-17 oktyabr 2017-ci il) Bakı: “Elnar 2016”, 2017, 266 s.
2. Akademik Ş.M.Mustafayev. “От сельджуков до османов. Этнополитические процессы в тюркской среде Малой Азии в XI-XV веках”. Москва: ИВРАН – МИЦАИ, 2017 – 440 с. (monoqrafiya).
3. İbn əl-Fəqih əl-Həmədani. “Əxbar əl-buldən” (Ölkələr haqqında məlumatlar). Ərəb dilindən çevirən, giriş hissəsi və şərhlərin müəllifi t.ü.f.d. Fərda Əsədov. Bakı: “Adiloğlu” nəşriyyatı, 2017, 96 s.
4. T.ü.f.d. Yeganə Hacıyeva. “İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)”. Bakı, “Adiloğlu” nəşriyyatı, 2017, 306 s.
5. “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı. (Farscadan tərcümə edən f.ü.f.d. Şəmsi Pənahoğlu) Bakı, 2017, 196 s.
6. URMU dünyanı yandıran müharibədə (tərcüməçi: f.ü.f.d. Şəmsi Pənahoğlu.). Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2017, 384 s.
7. Hüseyn Əlizadə (Barış Mərəndi). “21 Azər” soyqırımı. (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar), fars dilindən tərcümə edən: Saleh Dostəliyev. “Elm və təhsil” nəşriyyatı, Bakı – 2017, 376 s.
8. F.ü.f.d. Günay Verdiyeva. Fars dilinin sözyaradıcılığında ərəb məsdərlərinin rolu, Bakı, 2017, 160 s.
9. İ.ü.f.d. Əkrəm Rəhimli (Bije). “Cənubi Azərbaycan: düşüncələr, problemlər”. Bakı, “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2017, 400 s.
10. F.ü.f.d. Teymur Sadıqov. “Сопоставление определенного артикля, слитных местоимений с именами и предлогами, а также употребление имен в сопряженной конструкции в арабском языке и в иврите”. Тбилиси, 2017, 152 c.
11. Ərəb və İbri dillərində müəyyənlik artiklın isimlərlə və önlüklərlə işlənən bitişən əvəzliklərin həmçinin təyini söz birləşməsinin müqayisəli şəkildə istifadə olunması.Tiblisi, 2017, 152 s.
12. F.ü.f.d. Mahir Həmidov. Mihail Nuaymenin Poetikası ve Şiirleri, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi, Kitabın elmi redaktoru professor Rahmi Er, Doğu Dilləri və Ədəbiyyatları nəşriyyatı, Ankara, Bizim büro yayınevi, 2017, 254 s.
13. İlah.ü.f.d. Məmmədəli Babaşlı (həmmüəlliflərlə: filologiya üzrə fəlsəfə doktoru Abdin Uveys Yunis, filologiya üzrə fəlsəfə doktoru Qafar Ocaqlı, filologiya üzrə fəlsəfə doktoru Anar Eyvazov). “Ət-tariq iləl-Arabiyyə. Qeyri-ərəblərə ərəb dilinin tədrisi”, qeyri-ərəb dili ixti-sası tələbələri üçün 6 hissədən ibarət dərs vəsaiti, II hissə, Qafqaz Universiteti, Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2017, 146 s.
13. F.ü.f.d. Əhmədov Seymur Musarza oğlu. “Ərəb dilinin dialektləri və İraq dialekti ilə İraq-türkman dili arasında əlaqə”. Bakı, 2017, 216 səh.
14. T.ü.e.d., prof. Solmaz-Rüstəmova Tohidi. Azərbaycan tarixi. 11-ci siniflər üçün dərslik. Bakı, 2017, 207 s.
15. T.ü.e.d., prof. Solmaz-Rüstəmova Tohidi. “1918-ci il Göyçay, Cavad, Ərəş. Azərbaycan qırğınları sənədlərdə”. Bakı, 2017, 424 s.
16. “AZƏRBAYCAN” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz), (Tərtibçi, t.ü.f.d. Bayramzadə Səməd Zülfəli oğlu ). I hissə. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017, 292 səh.
17. “Şərq filologiyası məsələləri” toplusu (X buraxılış), “Araz” nəşriyyatı, Bakı, 2017, 438 s.
18. “Azərbaycan şərqşünaslığı” elmi=kütləvi jurnalı. №1 (15) 2017.
7 kitab isə hazırda çapdadır:
1. Akademik G.B.Baxşəliyeva. “Ещё раз об этнической идентификации Низами Гянджеви”. 4 ç.v.
2. Akademik Göbhər Baxşəliyeva, f.ü.f.d. Səbinə Səlimova. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu müstəqillik illərində.
3. F.ü.f.d. Səadət Şıxıyeva. Seyid İmadəddin Nəsimi “Qüdrət bəhrinin sərrafı”, 250 s.
4. İ.ü.e.d. Dünyamalı Vəliyev. “Azərbaybcan qlobal dünya sistemində: reallıqlar, perspektivlər” adlı məqalələr toplusu. 155 s.
5. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi – Milli Məclisin hazırladığı kitabın Ərəb dilinə tərcüməsi. (Tərcüməçi: Hikmət Əkbərov).
6. F.ü.f.d. Xalidə Quliyeva-Qafqazlı, f.ü.f.d. Səriyyə Gündoğdu, f.ü.f.d. Barat Osmanova, Emiliya Xəlilova. İsmayıl Hikmətin “Türk ədəbiyyatı tarixi” ((I cild), Bakı, 1925) əsərinin ərəb əlifbasından transliterasiyası. 450 s.
7. F.ü.f.d. Xuraman Əliyeva. Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqində prof. Aida İmanquliyevanın rolu (ərəb məhcər ədəbiyyatı əsasında), 198 s.
2017-ci ildə institut əməkdaşlarının 250-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 17 elmi məqalə xaricdə (Rusiya, Özbəkistan, Hindistan, Ukrayna, Türkiyə, Rumıniya və s.) nəşr edilib. İnstitut əməkdaşları 20 dəfə xaricdə ((Türkiyə, Özbəkistan, Tatarıstan, Rusiya, Braziliya və s.) və 108 dəfə Azərbaycanda keçirilən cəmi 128 beynəlxalq elmi konfranslarda məruzə ediblər.
Hesabat ilində İnstitut əməkdaşları opponentlik edib, KİV-ə çoxsaylı müsahibələr verib və KİV-də məqalələr çap etdirib, dissertasiya işlərinə və monoqrafiyalara rəylər verib, kitablara redaktorluq ediblər.
Şərqşünaslıq İnstitutunda 2017-ci ildə xarici ölkələrin səfirləti, dövlət nümayəndələri, alimləri ilə görüşlər keçirilib. Bu sırada İran İslam Respublikasından Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyni, Mərkəzin əməkdaşlarından Abid Noruzi, Şiva Əlizadə, həmçinin Şəhid Beheşti Universitetinin əməkdaşı Həmidreza Əzizi, İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilojnıy və Britaniya İslam Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Yanis Eşots, misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik, Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiti Müsaid bin İbrahim əs-Süleym, Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Syuzan ən-Nuh, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi doktor Səid əl-Qidəm, Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru akademik Aleksandr Kudelin və Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı professor Bəxtiyar Babacanov, Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan gündəlik müstəqil siyasi qəzet “Əl-Fəcr”in baş redaktoru Şərif əl-Bassel ilə görüşləri qeyd etmək olar.
Bu il Şərqşünaslıq İnstitutunda “İslam Həmrəyliyi İli” ilə bağlı seminar, “Azərbaycanda islam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans, tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya, görkəmli Cənubi Azərbaycanşünas alim Əkrəm Rəhimlinin 85 illik yubileyi ilə əlaqədar elmi sessiya, “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçirilib, Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyasi, Gürcüstanın İLİA Universiteti Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları və Dünya Ədəbiyyatı institutları ilə müqavilələr imzalanıb.
Şərqşünaslıq İnstitutunda 5717.01 - “Türk xalqları ədəbiyyatı” və 5718.01 - “Dünya ədəbiyyatı” ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir (sədr- akademik G.B.Baxşəliyeva). FD01.151 Dissertasiya Şurası 2017-cı il ərzində 9 iclas keçirib. 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə yeddi filologiya üzrə fəlsəfə doktorluğu və 5718.01 – “Dünya ədəbiyyatı” (ərəb, fars) ixtisası üzrə yeddi filologiya üzrə fəlsəfə doktorluğu dissertasiya işləri FD01.151 Dissertasiya Şurasının iclaslarında müzakirə edilərək, müdafiəyə buraxılıb və müdafiələri təşkil olunub. O cümlədən Ali Attestasiya Komissiyasının əmri ilə Birdəfəlik FD.01.151 Dissertasiya Şurasına müvafiq mütəxəssislər cəlb olunaraq, filologiya üzrə fəlsəfə doktorluğu üzrə iki müdafiə təşkil olunub.
İl ərzində İnstitutun 7 dissertantı fəlsəfə doktorluğu dissertasiya işi müdafiə edib. Cari ildə fəlsəfə doktorluğu dissertasiya işi üzrə müdafiə edənlərdən 3 nəfəri institutun əməkdaşıdır.
AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şuranın 2017-ci ildə 3 iclası keçirilib və bu ilin sonunadək növbəti 4-cü iclasın keçirilməsi nəzərdə tutulub. 2017-ci ildə akademik Şahin Mustafayevin sədrliyi ilə Tarix Problemləri üzrə Elmi Şurada vətən tarixi, ümumi tarix, arxeologiya, etnoqrafiya və etnologiya, beynəlxalq münasibətlər tarixi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq kimi ixtisaslar üzrə təqdim olunmuş 63 dissertasiya mövzusu müzakirə olunub. Onlardan 12-si elmlər doktorluğu, 51-i isə fəlsəfə doktorluğu olmaqla doktorant və iddiaçıların iştirakı ilə keçirilən iclaslarda dissertasiya mövzuları dəqiqləşdirilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU 2017-Cİ İLDƏ
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 2017-ci ildə də səmərəli fəaliyyətini davam etdirib.
Bu il Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və normativ aktlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar aşağıdakılar yerinə yetirilib: SABAH qruplarında təhsil alan tələbələrin Şərqşünaslıq İnstitutunda təcrübə keçmələri təmin edilib, “Ərəb dili – Azərbaycan dili”, “Fars dili – Azərbaycan dili” danışıq kitabçalarının hazırlanması üzrə işlər görülüb, “İslam Həmrəyliyi”nə həsr edilmiş “Birlik və İnkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirilib və “Din və ictimai fikir tarixi” şöbəsinin əməkdaşları “Qloballaşma dövründə Yaxın və Orta Şərq ölkələrində dinə münasibət, dinin rolu və ictimai fikir məsələləri” mövzusu ətrafında plan işi olaraq nəzərdə tutulmuş “İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda müştərək elmi tədqiqat işini yerinə yetirib, İnstitut əməkdaşlarının elektron məkanda məqalələri yerləşdirilib, əməkdaşların beynəlxalq elektron resurslara çıxışı genişlənib, Şərqşünaslıq İnstitutunun Arxivində saxlanılan kitab və jurnalların vahid elektron kataloqu hazırlanıb və digər işlər həyata keçirilib.