Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib

30 Aprel 2024

Aprelin 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iştirakçıları seminarın mövzusu barədə məlumatlandıraraq, məruzə üçün sözü İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.

 

Sevinc Nuriyeva seminarda şumerlərin mədəniyyəti haqqında geniş məlumat verib, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

 



 

 

 

Download Template Joomla 3.0 free theme.