Mühazirəni giriş sözü ilə açan İnstitutun İran filologiyası şöbəsinin müdiri, fil.ü.f.d., dos. Günay Verdiyeva tələbələrə mühazirənin mövzusu barədə məlumat verib.
Sonra dosent Aygün Əlizadə mühazirəyə başlayıb. Mühazirəçi Foruğ Fərruxzadın 28 şeirinin Azərbaycan dilinə şeirlə tərcüməsindən danışıb, Şəhriyarın fars divanından etdiyi tərcüməni səsləndirib, həmçinin Sadiq Hidayətin yaradıcılığından, Fəridəddin Əttarın “Məntiq ət-teyr” əsərinin alleqorik bir əsər olması və onun ideya və məzmunu haqqında bəhs edib.