Mühazirəni giriş sözü ilə açan İnstitutun İran filologiyası şöbəsinin müdiri, fil.ü.f.d., dos. Günay Verdiyeva tələbələrə mühazirənin mövzusu barədə məlumat verib.
Sonra dosent Əfşan Şəfiyeva mühazirəyə başlayıb. Mühazirədə bildirilib ki, dünya sivilizasiyasının ən qədim məskənlərindən biri də müasir İran ərazisidir. Bu ərazidə mövcud olan dövlətlər özünün qədim mədəniyyəti, dövlətçilik tarixi baxımından özündən sonrakı yaranan dövlətlərə böyük bir irs ötürmüşlər. İranın ictimai-siyasi, mədəni həyatının, eləcə də dövlətçilik tarixinin inkişafında və formalaşmasında rolu olan ən qədim, yerli xalqlardan biri də Azərbaycan türkləri olmuşdur.