“Rusiya və Belarusun elmşünaslıq məktəbləri” adlı paralel tədbirdə “Azərbaycanda elmşünaslığın inkişafının ilkin mərhələləri” adlı məruzə ilə çıxış edən azərbaycanlı alim XX əsrdə Azərbaycanda elmşünaslığın inkişafı, Elmlər Akademiyasının yaradılması mərhələləri, Azərbaycanda elm və texnikanın tarixi ilə bağlı tədqiqatlar haqqında ətraflı məlumat verib. Tədbirdə, həmçinin, Rusiya EA-nın həqiqi üzvü, hüquq elmləri doktoru Y.Baturin, Rusiya EA S.İ.Vavilov adına Təbiət Elmləri və Texnologiyalar Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru sosiologiya üzrə fəlsəfə doktoru N.Aşeulova, Rusiya EA-nın həqiqi üzvü V.Tsvetkov, Belarus MEA-nın Sosiologiya İnstitutunun Elmi və elmi-pedaqoji kadrların miqrasiyasının monitorinqi mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru M.Artyuxin, Tacikistan EA-nın vitse-prezidenti texnika elmləri doktoru, professor R.Azizov, Qırğızıstan MEA A.A.Altmışbayeva adına Fəlsəfə, Hüquq və Sosial-Siyasi Tədqiqatlar İnstitutunun direktoru N.Saralayev və digərləri elmşünaslıq məktəbləri ilə bağlı müxtəlif məruzələrlə çıxış ediblər.