Tədqiqatçının ingilis dilində işıq üzü görmüş məqaləsində Ərəb Şərqində, xüsusən Misirdə gedən ictimai-siyasi proseslər müasir ədəbiyyatın aynasında izlənilib, maraqlı elmi-filoloji nəticələr diqqətə çatdırılıb. Ələlxüsus 2011-ci il Misir inqilabını, Təhrir meydanında yaşananları, misirlilərin tələb və istəklərini işıqlandıran ədəbiyyatın ərəb xalqının taleyində oynadığı önəmli rol dəyərləndirilib.