Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

TANINMIŞ MİSİRLİ ALİM VƏ XƏTTAT ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLDULAR

20 Dekabr 2017

Dekabrın 20-də misirli alimlər – Süveyş Kanalı Universitetinin professoru dr. Əbdülrəhim əl-Kurdi və məşhur xəttat Mustafa Məhəmməd Öməri AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkəmizdə səfərdə olan misirli alimlər ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşdülər. Qonaqları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri  Əhməd Sami Elaydi müşayiət edirdi.



Qonaqları salamlayan G.Baxşəliyeva onlara İnstitutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəbşünaslıq sahəsində aparılan tədqiqatları xüsusi qeyd etdi.

Misirli alimlər daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşdülər. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri də iştirak edirdilər.

İnstitutun Misir Ərəb Respublikası ilə əlaqələrindən danışan G.Baxşəliyeva bu əlaqələrinin möhkəmlənməsində Misir Mədəniyyət Mərkəzinin rolunu xüsusi qeyd etdi. Misir Mədəniyyət Mərkəzinin sədri  Əhməd Sami Elaydi qonaqları şərqşünas alimlərə təqdim edərək, bu günlərdə Ərəb dili gününün qeyd edildiyini xatırlatdı və görüşdəki söhbətin də əsasən bu ətrafda aparılacağını bildirdi.

Süveyş Kanalı Universitetinin professoru dr. Əbdülrəhim əl-Kurdi ərəb dilinin tarixindən danışdı, ərəb əlifbasının kompüterlərdə istifadəsinin çətinlikləri və özünün bu istiqamətdə beynəlxalq miqyasda fəaliyyətini diqqətə çatdırdı. Daha sonra o, şərqşünas alimlər, fəlsəfə doktorları  Fərda Əsədov, Laura Orucova, Əmmar Abbasov və başqalarının suallarını cavablandırdı.

Mustafa Məhəmməd Öməri xəttatlıq barədə söhbət açaraq, özünün bu sahədə fəaliyyətindən danışdı. Misirli xəttat elə görüş əsnasında Şərqşünaslıq İnstitutunun adını xüsusi şəkildə yazaraq təqdim etdi. Görüşdə Mustafa Məhəmməd Ömərinin digər xəttatlıq işləri də nümayiş etdirildi.

Download Template Joomla 3.0 free theme.