“Dilçilik” bölməsində Vüqar Məmmədovun “Orta əsrlərdə fars dilinin azərbaycanlı alimlər tərəfindən tədqiqinə dair araşdırmalar haqqında”, Aygül Mirzəyevanın “Qohum dillərin müqayisəli öyrənilməsi dilçilik elminin aparıcı sahələrindən biri kimi”, Faidə Omarovanın “Qıpçaq qrupu türk dillərində sözyaradıcılığının tədqiqində konseptologiyanın rolu”, Gövhərxanım Nağıyevanın “Qətran Təbrizinin “Divan”ında işlənmiş rəng adlarının stukturu” adlı məqalələri təqdim edilir.
“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində Günay Novruzovanın “Heydər Əliyev siyasətində multikulturalizm”, Səadət Zeynalovanın “Avropa ölkələrində müsəlman qadınların rolu və yeri”, Aytac Şirəliyevanın “III-VII əsrlərdə Azərbaycanın xarici siyasi əlaqələri”, Elmar İsmayılzadənin “Beynəlxalq münaqişə həlli vasitələrindən biri kimi sülh quruculuğunun inkişaf perspektivləri”, Cavid İsmayılzadənin “Soyuq müharibədən sonra Türkiyənin xarici siyasətində dəyişiklik”, Nadejda Əsədovanın “Xəzər dənizinin enerji resurslarının istifadəsində Azərbaycan-Türkmənistan əlaqələri”, Aynurə Məmmədovanın “Azərbaycan Qərb və Şərq dünyasında tolerantlıq məkanı kimi” və s. məqalələrlə tanış olmaq olar.