Gövhər Baxşəliyeva İnstitutda əsasən ərəbşünaslıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, institutun “Ərəb filologiyası”, “Ərəb ölkələri tarixi və iqtisadiyyatı”, “Din və ictimai fikir tarixi”, “Yazılı abidələrin tədqiq və nəşri” və “Şərq-Qərb” şöbələrində bu sahədə tədqiqatların aparıldığını bildirib.
Ərəb müqavimət ədəbiyyatı, Fələstin problemləri ilə də bağlı tədqiqatların aparıldığını söyləyən G.Baxşəliyeva özünün vaxtilə Suriya yazıçısı, bir vaxtlar Fələstində könüllü döyüşmüş Əbdülsəlam əl-Üceylinin əsərlərini tədqiq və tərcümə etdiyini diqqətə çatdırıb. O, yazıçının məhz Fələstin xalqına həsr olunmuş hekayələrindən etdiyi tərcümələri misal çəkib. G.Baxşəliyeva bildirib ki, vaxtilə Fələstin xalqının qaçqınlıq probleminə dair hekayələri tərcümə edərkən heç düşünmürdü ki, nə zamansa bu acı taleyi Azərbaycan xalqı da yaşayacaq, 1 milyondan çox azərbaycanlı ermənilər tərəfindən işğal edilən torpaqlarımızdan didərgin salınacaq.
Gövhər xanım özünün İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətindən də danışıb, təşkilatda dəfələrlə Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı, Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edildiyini diqqətə çatdırıb.
Samira İbrahimin Azərbaycan xalqının tolerantlığı ilə bağlı sualını da cavablandıran G.Baxşəliyeva tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu, ölkəmizdə müsəlmanların, xristianların, yəhudilərin bir ailə kimi mehriban yaşadığını qeyd edib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AKADEMİK GÖVHƏR BAXŞƏLİYEVA FRANSA RADİOSUNA MÜSAHIBƏ VERIB
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva “Radio France Internationale Radio Monte Carlo Doualiya”nın müxbirinə müsahibə verib. Fransa radiosunun ərəb verilişləri bölməsinin müxbiri Samira İbrahimin suallarını cavablandıran Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar, özünün elmi və ictimai fəaliyyəti və digər mövzularda danışıb.