YAP Yasamal rayon təşkilatının Şərqşünaslıq İnstitutu üzrə özəyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova iclası açaraq gündəlikdə olan məsələlər barədə məlumat verdi. Gündəliyə əsasən Şərqşünaslıq İnstitutunun 7 əməkdaşına Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim edildi, daha 4 əməkdaşın YAP-da qeydiyyat yerlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edildi.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov iclasda çıxış edərək partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin tarixində və xalqının həyatında oynadığı rol barədə danışdı, Yasamal rayon təşkilatının Şərqşünaslıq İnstitutu üzrə özəyinin fəaliyyətini dəyərləndirdi və YAP-ın vəsiqələrini alan əməkdaşları təbrik etdi.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik Gövhər Baxşəliyeva çıxış edərək, YAP Yasamal rayon təşkilatının sədrinə təşkilatın Şərqşünaslıq İnstitutu üzrə özəyinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi və İnstitutda YAP üzvlərinin sayının günü-gündən artmasının sevindirici hal olduğunu qeyd etdi.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA YENİ AZƏRBAYCAN PARTİYASININ VƏSİQƏLƏRİ VERİLDİ
Noyabrın 27-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə özəyinin növbəti iclası keçirildi. İclasda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, təşkilatın AMEA üzrə nümayəndəsi Xədicə İsgəndərli, təşkilat aparatının məsləhətçiləri Ülviyyə Əliyeva və Ramilə Bədəlova da iştirak ediblər.