Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransın materialları çap olunub

13 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı" mövzusunda beynəlxalq elmi konfransda səslənən məruzələrin tam mətnlərini əhatə edən toplu çapdan çıxıb.

 

Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 81 məruzənin tam mətni dərc olunub. Bu sırada Misir, Malayziya, Çin, Belarus və Rusiyadan 10 alimin məqaləsi də var.

Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məqalələr yer alıb.

Topluda ilk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən” adlı məqaləsi təqdim edilir.   

Dərc olunan məqalələr sırasında xarici ölkələrin nümayəndələrindən çinli alimlər Çen Xunun və Ven Sümeyin “Görkəmli siyasi xadimi və Çinin qadın hərəkatının nümayəndəsi – Den İnçao”, belaruslu Sergey Telepenin “Qadın hərbi liderliyi - Roma təcrübəsi”, rusiyalı alimlərdən İqor Turitsının “Rus İnqilabı kontekstində qadın hərəkatı”, Eleonora Barkovanın “Ekofeminizm, həyatın dəyəri, müasir həyatın mənəvi və mədəni təhlükəsizliyi”, Tatarıstandan Rimma Kadımovanın “XIX əsrin sonu-XX əsrin əvvəllərində ənənəvi tatar cəmiyyətində qadınların sosial statusu haqqında”, misirli alimlərdən Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”,  Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərindən Salidə Şərifovanın “Leyla Əliyeva yaradıcılığının janr xüsusiyyətləri”, Elman Quliyevin “İsmayıl Qaspiralı yaradıcılığında “qadın” mövzusu”, Əfşan Şəfiyevanın “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, İnci Qasımlının “Türk qadınlarının cəmiyyətdəki yeri”, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunun tədqiqatlarında qadın mövzusu”, Roida Rzayevanın “Müasirlik: elm və qadın”, Lalə Mikayılzadənin “Azərbaycanın fədakar qadınları”, Ələddin Məlikovun “Qadın Şərq və Qərb qovşağında” və s.-ni  qeyd etmək olar.

Download Template Joomla 3.0 free theme.