Yusif Əzizi Benitorof Azərbaycanda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlarla maraqlandığını bildirib. G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda ərəb ölkələri tarixinə, iqtisadiyyatına, ictimai fikrinə, ədəbiyyatına və dilinə dair aparılan tədqiqatlar barədə məlumat verib, İnstitutun bukletini və bir sıra kitabları ona təqdim edib.
Yusif Əzizi Benitorof daha sonra İnstitutun kollektivi ilə görüşüb. O, şərqşünas alimlərə özünün elmi və bədii yaradıcılığı, tərcümələri barədə məlumat verib, tanınmış ədiblər Mahmud Dərvişin, Nizar Qabbaninin, Əl Bayatinin, Nəcib Məhfuzun və başqalarının əsərlərini ərəb dilindən fars və ingilis dillərinə tərcümə etdiyini bildirib.
Yusif Əzizi Benitorof sonra Şərqşünaslıq İnstitutu əməkdaçlarının suallarını cavablandırıb.
Britaniyalı alim daha sonra Şərqşünaslıq İnstitutununu ərəbşünaslıq və iranşünaslıq sahələrində tədqiqatlar aparılan şöbələrində olub, bu şöbələrdə aparılan tədqiqatlarla maraqlanıb.