G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrininin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. İnstitut rəhbəri bu elm müəssisədə çalışan 160-a yaxın alimin üçdə bir hissəsinin ərəbşünas olduğunu bildirib.
Baş redaktorun suallarını cavablandıran G.Baxşəliyeva İnstitutda edilən müdafiələrdən, təşkil edilən tədbirlərdən, nəşr olunan kitablardan hansı sahədə və kimlərin faydalanmasından danışıb. Gövhər xanım bu yaxınlarda keçirilən və Şərqşünaslıq İnstitutunun təşkilatçılarından olduğu “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans barəsində də ətraflı məlumat verib.
Görkəmli Şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyəti ilə yaxından maraqlanan Şərif əl-Bassel bununla bağlı lazımi məlumat və fotomaterialla da təmin edilib. “Əl-Fəcr”in baş redaktoruna həmçinin Dağlıq Qarabağ hadisələri ilə bağlı ərəb dilində lazımi materiallar da təqdim edilib.