Həmin alimlərdən IX-XV əsrlərdə yaşayıb-yaratmış Məhəmməd ibn Məraği, Xətib Təbrizi, Əbu Məhəmməd əl-Vərəndi, Səfiəddin əl-Urməvi, Mahmud əl-Arrani, Mahmud əz-Zəncani, İzzəddin əz-Zəncani, Məhəmməd ət-Təbrizi əl-Qarabaği, İbrahim əş-Şəkəvi əl-Ərəşi, Hübeyş Tiflisi, Cəmaləddin Məhəmməd əl-Ərdəbili kimi alimlərin adları çəkilib, həmçinin sonrakı dövrlərdə Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşev, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov kimi ziyalı alimlərin fəaliyyətlərinin ərəb dili və dilçiliyi ilə sıx əlaqədə olduğu vurğulanıb.
Sonda G.Həmidli müasir ərəbşünaslığın banisi Ələsgər Məmmədov və onun davamçılarının əsərləri və elmi fəaliyyətləri haqqında qısa, lakin, dolğun məlumat verib, Vasim Məmmədəliyev, Həsən Zərinəzadə, Çimnaz Mirzəzadə, Laura Orucova, Zenfira Rüstəmova və başqalarının fəaliyyətləri barədə bəhs edib.
