Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşları “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda məruzə ediblər

25 Dekabr 2023

“Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzi tərəfindən dekabrın 23-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstititunun əməkdaşları – Faidə Omarova, Aygül Mirzəyeva və Ülviyyə Eminova da iştirak ediblər.

 

Faidə Omarova konfransda “Qipçaq qrupu türk dillərində derivativ təkamülün konseptologiya ilə əlaqəsi” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, son zamanlar dilçilikdə çox rast gəlinən terminlərdən biri də konseptologiyadır. Konsepsiya mücərrədliyin yüksək səviyyəsi olan mental təhsil olaraq əsasən, sözlə bağlıdır. Bunun nəticəsi olaraq əşyəvi bağlılıqdan savayı, onun özündə kommunikativ məlumatları da cəmlədiyini deyən məruzəçi, konseptologiyanın təbiətini məhz sözün daha aydın ifadə etdiyini bildirib. Bütövlükdə götürdükdə, bütün dil qruplarındakı kimi qıpçaq qrupu türk dillərində də sözyaradıclığının aktiv və daim inkişafda olduğunu vurğulayan F.Omarova ona görə də onun cəmiyyətdə baş verən hər bir dəyişikliyə tez reaksiya verdiyini, bu səbəbdən sözyaradıcılığını konseptologiya ilə əlaqəli nəzərdən keçirməyin vacibliyini qeyd edib.

Aygül Mirzəyeva konfransda “Türk və Qaqauz dillərində “vətən” konsepti” mövzusunda məruzə edib. Dildə mövcud olan hər hansı bir konseptin öyrənilməsinin dil daşıyıcısının həmin anlayışa münasibətinin öyrənilməsi ilə paralellik təşkil etdiyini deyən A.Mirzəyeva konseptin başlıca xüsusiyyətinin mədəni informasiya daşıması olduğunu və bu informasiyanın xalqın tarixində baş vermiş hadisələrlə, onun dəyərlər sistemi ilə sıx bağlı olduğunu qeyd edib. Məruzədə türk və qaqauz dillərində “vətən” konsepti, türk və qaqauz türklərinin vətənlə bağlı dünyagörüşü, xalq mədəniyyətində doğulub-böyüdüyün torpağa bağlılığı və bu düşüncə tərzinin dildə əks olunması barədə geniş bəhs edilib.

Ülviyyə Eminova konfransda “Hüseyn Cavid dramlarının dili ortaq türk dili kimi” mövzusunda məruzə edib. Məruzədə qeyd edilib ki, Hüseyn Cavid təkcə Azərbaycan şeirində deyil, ümumən dünya poeziyasında bir meyardır. Yaradıcılığının ilk dövrlərində, bilxassə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair, sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və demək olar ki, bu işdə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Ü.Eminova H.Cavidin İstanbul şivəsinə yaxın bir şivədə yazdığının bildirildiyi halda, onun dili ilə İstanbul şivəsi arasında bir çox fərqlərin də özünü göstərdiyini vurğulayıb.

 

 

 

 

Download Template Joomla 3.0 free theme.