Doğma Xankəndimizdə qanad açır yuxarı,
Əngin yüksəkliklərə Azərbaycan bayrağı.
Bayrağımız qalxdıqca keçmiş işğalçıların
Təbi çəkmir, götürmür, Enir başı aşağı!
Qarabağda yüksələn ehtişamlı, növrağı!
Yüksəldikcə xof salır düşmənin ürəyinə,
İftixar, qürur rəmzi Azərbaycan bayrağı!
