Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda şəhidlərimizin məzarını ziyarət edib

01 Noyabr 2023

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva başda olmaqla, noyabrın 1-də II Fəxri xiyabanda olub. Şərqşünas alimlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.


Şərqşünas alimlər Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığını, eləcə də son antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini, bu döyüşlərdə igid Vətən övladlarının canlarından keçməklə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldiklərini bildiriblər. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

 

Download Template Joomla 3.0 free theme.