Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

30 Oktyabr 2023

Sankt Peterburq Dövlət Universiteti nəzdində İslam Araşdırmaları Mərkəzinin sədri, Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinovun  köməkçisi və məsləhətçisi, islamsng.com saytının baş redaktoru Səfa Kərimov oktyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.



S.Kərimov AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə rusiyalı qonağa məlumat verib. S.Kerimov isə öz növbəsində təmsil etdiyi təhsil müəssisəsində aparılan araşdırmalardan söhbət açıb.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Download Template Joomla 3.0 free theme.