Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ ELMİ JURNALIN İDARƏ HEYƏTİNDƏ

25 Oktyabr 2017

27-28 oktyabr 2017-ci il tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya dünya mədəni irsində” mövzusunda keçirilən Ümumrusiya müşavirəsində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq institutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib. Akademik Ş.Mustafayev təşkilatçılar tətəfindən bu mötəbər tədbirə UNESCO-nun İpək Yolu proqramı üzrə eksperti sifəti ilə dəvət edilib.

 

Müşavirənin işində Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinski, Tatarıstan Respublikasının dövlət katibi Mintimer Şaymiyev, Rusiya Federasiyasının UNESCO üzrə Milli komissiyasının məsul katibi Qriqori Orconikidze, Tatarıstan Respublikasının Mədəniyyət naziri Ayrat Sibaqatullin, digər məsul şəxslər, mədəniyyət işçiləri, alimlər iştirak ediblər.

Tədbirdə müzakirə edilən başlıca mövzular Tatarıstanın beynəlxalq elmi-mədəni layihələrin həyata keçirilməsində əldə etdiyi təcrübə və nailiyyətlər, bir sıra abidələrin UNESCO-nun Bəşəriyyətin mədəni irsi siyahısına daxil edilməsi, bu sahədə Rusiyanın müvafiq təşkilatlarının beynəlxalq ekspertlər ilə əməkdaşlığı və bu sahədəki perspektivlərlə bağlı olub.

Tatarıstan Respublikasının dövlət katibi, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Mintimer Şaymiyev öz çıxışında UNESCO-nun İpək Yolu seriya nominasiyası proqramının əhəmiyyətindən söz açaraq, bu proqramın Tatarıstan ərazisində yerləşən tarixi-mədəni abidələr üçün önəmli olduğunu söyləyib və Tatarıstanda artıq bu sahədə UNESCO və beynəlxalq ekspertlər ilə ortaq iş planının hazırlandığı barədə xəbər verib.

Müşavirədə Şahin Mustafayev də iştirak edib və plenar iclasda çıxış edib. O, məruzəsində bir sıra ölkələrin İpək Yolu seriya nominasiyası çərçivəsində öz tarixi-mədəni abidələrinin UNESCO-nun Bəşəriyyətin mədəni irsi siyahısına daxil etmələri sahəsində əldə etdikləri təcrübədən söhbət açıb və bu sahədə Azərbaycan, Rusiya, Türkiyə, Orta Asiya ölkələri arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Ş.Mustafayev rusiyalı ekspertlərlə müzakirələrdə iştirak edib.

 

Download Template Joomla 3.0 free theme.