Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“MÜASİR ŞƏRQŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRI” (ZİYA BÜNYADOV QİRAƏTLƏRİ) MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

13 Oktyabr 2017

16-17 oktyabr 2017-ci il tarixində AMEA-nın Rəyasət Heyəti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbir oktyabrın 16-da saat 10:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Ziya Bünyadovun məzarlarını ziyarətlə başlayacaq.

Saat 11:00-da AMEA-nın Əsas binasındakı Dairəvi zalda (H.Cavid prospekti 115) konfransın açılışı olacaq.

Bütün arzu edənlər konfransa dəvət olunur.

Download Template Joomla 3.0 free theme.