Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər Şəkidə konfransda iştirak ediblər

22 May 2023

Şəki şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın doğum gününə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Tədbirdə ADPU-nun müəllim və professor heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Avrasiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərb Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları, elmi mütəxəssislər, ictimai xadim və ziyalılar da iştirak ediblər. Tədbirdən öncə Konfrans iştirakçıları, qonaqlar və rayon ictimaiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzülüb və xatirə şəkli çəkilib.

 

ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov tədbiri giriş sözü ilə açaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan xalqının tarixində əvəzolunmaz yeri haqqında məruzə ilə çıxış edib.

Daha sonra ADPU-nun professor və müəllim heyətinin, AMEA-nın elmi mütəxəssis və alimlərinin, həmçinin, digər elm və təhsil müəssisələrindən olan mütəxəssislərin mövzular üzrə məruzələri dinlənilib.

Konfransda AMEA-nın bir sıra elmi müəssisələrindən olan əməkdaşlarla yanaşı, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, İnstitutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin elmi işçisi Novruz Nuriyev də məruzə ilə çıxış ediblər. Konfrans bölmələr üzrə məruzələr və mədəni proqramla davam edib. Konfransdan sonra iştirakçılar Şəkinin tarixi-mədəni abidələri və zəngin irsi ilə yaxından tanış olublar. 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.