Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“QIZIL ÖRNƏK”

12 May 2023

 

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 8 may tarixində Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə keçirilən 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik ildönümünə həsr olunmuş “Qızıl örnək” adlı tədbirdə iştirak edib.

 

Tədbir himn çalınması ilə başlandı. Himndən sonra Ulu öndər Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin qonaqları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Yeni Azərbaycan Partiyası Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev öz çıxışları ilə zalda əyləşən hər kəsə dərin məlumatlar veriblər. Daha sonra şagirdlər Ulu öndər Heydər Əliyev haqqında dəyərli fikirlərini söyləyərək şeir və mahnılar ifa ediblər. Sonda məktəbin direktoru Səfərova Pərvanə çıxış edərək tədbirdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirib və gələn qonaqlara Təşəkkürnamə təqdim edib.

Download Template Joomla 3.0 free theme.