Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda "Zərifliyə ithafən" adlı sərginin bağlanış tədbiri keçirilib

10 May 2023

Aprelin 28-dən mayın 10-dəkŞərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim,  akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərginin bağlanış tədbiri olub.

 

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan sərginin böyük maraqla qarşılandığını və sərgi ilə tanış olan AMEA rəhbərliyinin və digər ziyarətçilərin şərqşünas alimlərin əl işlərini yüksək dəyərləndirdiklərini bildirib.

İnstitutun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova və sərgi iştirakçıları öz ürək sözlərini bölüşüblər.

Tədbirdə əl işləri nümayiş etdirilən əməkdaşlara təltifnamələr təqdim edilib.

 

 

 

Download Template Joomla 3.0 free theme.