Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim İstanbulda “Ərəb dili və ədəbiyyatı araşdırmaları” konfransında məruzə edib

08 May 2023

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Sultan Mehmet Vakıf Universitetinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Ərəb dili və ədəbiyyatı araşdırmaları” II beynəlxalq elmi konfransında onlayn iştirak edib.

Şərqşünas alim konfransda “Azərbaycan epiqrafik abidələrində ərəbcə yazı örnəkləri” mövzusunda məruzə ilə çıxış edib.

 

E.Mustafayev VII əsrdə İslam dininin zühuru ilə ərəb dilinin mövqeyinin güclənməsi, bu dilin yeni dini qəbul etmiş xalqların dillərinin və yazılarının formalaşmasındakı təbii rolundan bəhs etdikdən sonra epiqrafik abidələrin müxtəlif müstəvilərdə əhəmiyyəti və Vətən tarixinin öyrənilməsindəki yeri haqqında ətraflı məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

O, məruzəsində Azərbaycan maddi-mədəni irsinə aid bir çox abidələrin daş kitabələrinə ərəb dilində həkk olunmuş yazılar haqqında nümunələr göstərib. Elnur Mustafayev qeyd edib ki, Azərbaycan epiqrafik abidələr baxımından çox zəngin bir coğrafiyadır. Müxtəlif dövrlərə aid on minlərlə kitabə dövrümüzə gəlib çatıb. Ərəbcə yazılar Azərbaycan kitabələrində əhəmiyyətli yerə malikdir. Ümumiyyətlə, kitabələrin üzərinə ərəbcə həkk olunmuş yazılar “Qurani-Kərim” ayələrini, hədisləri, şeir və hikmətamiz kəlamları, eyni zamanda, aid olduğu dövrün şəxsiyyətləri və mühüm hadisələri haqqında informativ məlumatları əhatə edir.

 

Download Template Joomla 3.0 free theme.