Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri “Zərifliyə ithafən” adlı sərgidə

06 May 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil edilən “Zərifliyə ithafən” adlı sərgini AMEA-nın müxtəlif institutlarını təmsil edən Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri ziyarət edib.

Şərqşünaslıqİnstitutunun əməkdaşlarının əl işləri nümayiş etdirilən sərgi ilə mayın 5-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, sədr müavini Şəfa Budaqova, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Orucova və digər gənc alimlər tanış olublar.

Sərgidə nümayiş etdirilən rəsm və əl işləri ziyarətçilərdə müsbət təəssüratlar oyadıb və onların diqqətini cəlb edib.

 

 

 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.