Əl işlərinin müəllifləri öz işləri barədə Akademiya rəhbərinə məlumat veriblər. Akademik İsa Həbibbəyli təqdim edilən əsərlərin hər biri haqqında ayrıca fikrini bildirib və bütövlükdə sərgini yüksək dəyərləndirib.
AMEA-nın prezidenti əl işlərinin müəllifləri ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, İnstitutun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən sərgidə əməkdaşlardan Fidan Nəsirova, Pərvin Əfəndi, Lalə Əliyeva, Günay Verdiyeva, Lalə Mikayılzadə, Zülfiyyə Vəliyeva-Önlən, Gülnar Quliyeva, Rəna Qocayeva, Röya Mirzəbəyova, Solmaz Namazova, Aynurə Kərimova və başqalarının 70-dən çox əl işi nümayiş olunur.














