AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi mayın 3-4-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Konfransda Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alim iştirak edəcək.
Konfransın açılışı mayın 3-də saat 15:00-da AMEA-nın əsas binasının II mərtəbəsindəki Akt zalında (H.Cavid prospekti 117) olacaq. Konfrans öz işini mayın 4-də Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirəcək.
