Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfransda

31 Mart 2023

Martın 29-da Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ili ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfərikiçik elmi işçisi Aytən Rəhimli və digər qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yasamal Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş nitqi ilə açaraq qonaqları salamlayıb.

Sübhan Talıblı “1918-ci ildə Lənkəran, Salyan və Neftçalada azərbaycanlıların soyqırımı”, Həsən Səfəri “1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar”, Aytən Rəhimli “Erməni zehniyyətinin dəyişməyən xislətləri- yalan, qətl, vandallıq” mövzularında çıxış ediblər. Sonda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş film nümayiş olunub.

Download Template Joomla 3.0 free theme.