Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Leyla Məlikova beynəlxalq konfransda məruzə edib

16 Mart 2023

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Forum çərçivəsində keçirilən “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda birinci aralıq sessiyasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova "Müasir Avropada islamofobiya (Fransa nümunəsində): məsələnin qaynaqları, mexanizmləri və iştirakçıları" mövzusunda məruzə edib.

L.Məlikova məruzəsində hazırda dünyada plüralizm probleminin yaşandığını qeyd edərək deyib: “Hazırda Fransa kimi ölkələrdə islamofobiya geniş yayılır. Bir çox ölkələrdə antimüsəlman tendensiyası bir neçə il öncə də özünü şiddətli şəkildə büruzə vermişdi. Fransız cəmiyyətində müsəlmanlar barbar olaraq təsvir edilir və nəticədə onlar zorakılığa məruz qalırlar. İslamofobiya ilə bağlı araşdırmalar nəticəsində məlum olur ki, bu proses Fransada hələ orta əsrlərdən başlayıb. Onlar İslamı müasirliyə qarşı maneə hesab edirlər. Bəzi ölkələrdə bununla bağlı konkret hadisələr yaşanıb. Fransızlar demək olar ki Əlcəzair əhalisinin üçdəbirini qətlə yetiriblər və bunu xüsusi amansızlıqla törədiblər. Onlar digər müstəmləkələrdə də qəddar siyasət həyata keçiriblər. Fransa Nigeriyada da vəhşiliklər həyata keçirib”.

Download Template Joomla 3.0 free theme.