Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

YEGANƏ HACIYEVA. "İRAN İSLAM İNQİLABINDAN SONRA CƏNUBİ AZƏRBAYCANLILARIN ANA DİLİ UĞRUNDA MÜBARİZƏSİ (1979-2005-Cİ İLLƏR)"

13 Sentyabr 2017

AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın "İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ciillər)" kitabı işıq üzü görüb.

Monoqrafiyada 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılır.

Müəllif gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddülatların, panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq etmişdir. Elmi araşdırma milli məsələyə həsr edilmiş növbəti tədqiqat əsəri olaraq çoxaspektli dil məsələsinin birbaşa bağlılığı ilk baxışdan aydın görünməyən digər aspektlər – iqtisadi, siyasi, hüquqi, dini, sosial, demoqrafik, regional və qlobal dəyişikliklər və s. nöqteyi-nəzərdən araşdırılması baxımından da əhəmiyyətlidir.

Monoqrafiyanın birinci fəslində İran İslam İnqilabından əvvəl İranda Azərbaycan dilinin vəziyyəti nəzərdən keçirilir. İkinci fəsildə inqilabdan sonra Cənubi Azərbaycan milli hərəkatında ana dili uğrunda mübarizədən bəhs edilir. Üçüncü fəsildə Avropa və Amerikada yaşayan cənubi azərbaycanlıların diasporunun fəaliyyətində ana dili məsələsi araşdırılır.

Download Template Joomla 3.0 free theme.