Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı əsas mesajları və milli təhlükəsizlik konsepsiyası
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili barədə söylədiklərində əsas xətt kimi bir fikir önə çəkilir: dil milləti birləşdirən və dövlətçiliyin dayaqlarını möhkəmləndirən ən fundamental amildir. Prezidentin vurğuladığı kimi, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, dövlət rəmzləri bayraq, gerb və himn ilə bir sırada dayanan, dövlətçilik şüurunu və milli özünüdərki formalaşdıran başlıca atributdur. Bu yanaşma dil məsələsinə sırf mədəni hadisə kimi deyil, milli təhlükəsizlik və dövlətçilik konsepsiyası kimi baxmağı tələb edir.
İraqın “Bağdadiyun” qəzetində şərqşünas alimin kitabı haqqında məqalə dərc olunub
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlara, görülən işlərə sərhədlərimizdən kənarda da yüksək dəyər verilməsini bu elm müəssisəsi, onun alimləri, araşdırmaları, nəşr etdirdiyi kitablar haqqında xarici ölkələrin nəşrlərində mütəmadi yazıların dərc olunması da göstərir. Bu istiqamətdə növbəti məqalə İraq Respublikasında fəaliyyət göstərən “Bağdadiyun” ("Bağdadlılar") adlı gündəlik qəzetdə işıq üzü görüb.
Şərqşünaslıq İnstitutunun əməkdaşının qaqauz dilinə dair məqaləsi Türkiyədə dərc olunub
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin elmi işçisi Aygül Mirzəyevanın Moldovada yerləşən Qaqauziya Muxtar Vilayətinin yaradılmasının 30 illiyi münasibətilə Türkiyədə dərc olunan “Gagauz dili ve edebiyatı üzerine yazılar” (Qaqauz dili və ədəbiyyatına dair yazılar) adlı topluda məqaləsi dərc olunub.
Şuşa bulaqları: XIX-XX əsrlərdə şəhərin su təminatı və memarlıq irsinin formalaşması
Şuşa şəhərinin memarlıq kompleksinə daxil olan əsas tikililərdən biri də bulaq və ovdanlardır. XIX əsrin ikinci yarısından etibarən şəhərin əhalisi artdığı üçün burada suya tələbat çoxalıb və şəhərdə onlarla bulaq inşa olunub. Qeyd etmək lazımdır ki, ilk dövrlərdə əhalinin su ehtiyatı həyətlərdə qazılmış quyular hesabına ödənilirdi. Lakin bir çox hallarda quyulardan çıxan su içməyə yararlı olmadığı üçün əhalinin su ehtiyatlarını ödəmək üçün yeni su xətlərinin çəkilməsinə ehtiyac yaranırdı.