Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər Neftçalada “Heydər Əliyev irsi: milli dövlətçilik və müasirlik” adlı konfransda

21 Fevral 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları - Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyev İli” çərçivəsində Neftçala rayon Heydər Əliyev Mərkəzində keşirilən “Heydər Əliyev irsi: milli dövlətçilik və müasirlik” adlı elmi-praktik konfransda iştirak ediblər.

 

Tədbirdə Neftçala rayonunun ziyalıları, müəllimlər, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Konfransda Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.

Mərkəzin direktoru Könül Məmmədova çıxış edərək, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin Azərbaycan xalqının xoşbəxt gələcəyinə hesablandığını bildirib.

Şərqşünaslıq İnstitutunun əməkaşlarından Elnur Mustafayev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın  Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır. 

“Heydər Əliyev və Azərbaycan diplomatiyası” mövzusunda çıxış edən Sübhan Talıblı vurğulayıb ki, 1993-cü ildə Ulu Öndərin ikinci dəfə hakimiyyət gəlməsindən milli maraqlarımıza uyöun olaraq Azərbaycan Respublikası müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməyə başlayır. Bu siyasət Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Cənubi Qafqazda Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan diplomatiyasının başlıca prioritetlərindən olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlmişdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv edərək, işğal altında olan əraziləri azad etdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi”.

Konfransda həmçinin Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarix şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Heydər Əliyev və Azərbaycan tarixinin aktual problemləri” mövzusunda, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış ediblər.

Konfransın sonunda çıxış etdikləri məruzələrə görə alimlərə təşəkkürnamələr təqdim edilib.

Elmi-praktik konfrans müzakirələrlə yekunlaşıb.

Download Template Joomla 3.0 free theme.