Azərbaycan Milli Elmlər Akademiyasında “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda keçirilmiş beynəlxalq konfransda AMEA - nın vitse-prezidenti v.i.e., akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli” çərçivəsində göstərdiyi fəaliyyətlərinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.
