Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ÜMUMİ GÜRCÜSTAN MÜSƏLMANLARI ALİ DİNİ İDARƏSİNİN SƏDRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUB

13 İyun 2022

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov iyunun 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Gürcüstanlı qonaq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

 

Görüşdə akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatlar, xüsusən də islamşünaslıq sahəsində görülən işlər barədə danışıb.

Mirtağı Əsədov Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin fəaliyyəti, Gürcüstanın müsəlman əhalisi barədə məlumat verib.

Görüşdə Gürcüstan azərbaycanlılarının elmi ixtisaslanması sahəsində Şərqşünaslıq İnstitutunun dəstəyi imkanları da müzakirə edilib.

Akademik G.Baxşəliyeva Mirtağı Əsədova Şərqşünaslıq İnstitutunda çap olunmuş kitablar hədiyyə edib.

Download Template Joomla 3.0 free theme.