AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə Bakı Slavyan Universitetində keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Lalə Mikayılzadə konfransda “Azərbaycan–İran mədəni əlaqələrinin inkişafınin müasir tendensiyaları” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan – İran mədəni əlaqələrinin tarixi və müasir vəziyyəti haqqında təhlil aparılıb, qonşu və dost ölkələrin xalqları arasında əməkdaşlığın bütün dövrlərdə obyektiv zərurət olduğu qeyd edilib.
