Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB

02 Fevral 2021

2021-ci il yanvarın 29-da UNESCO-nun nəzdində fəaliyyət göstərən Asiya-Sakit okean regionu Qeyri-maddi  mədəni irs üzrə Beynəlxalq İnformasiya və şəbəkə Mərkəzi (ICHCAP, Cənubi Koreya) ilə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu (IICAS, Özbəkistan) tərəfindən “İpək Yolunda qeyri-maddi mədəni irs” mövzusunda birgə beynəlxalq vebinar keçirilib. Onlayn formatda təşkil olunmuş vebinarda tarixi İpək Yolu üzərində yerləşən ölkələrin qeyri-maddi mədəni irsinin inventarizasiyası, müştərək tədqiqi və qorunması sahəsində atılacaq addımlar müzakirə olunub. O cümlədən, bu istiqamətdə müxtəlif ölkələrdə aparılan fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.

 

Tədbirdə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib. Azərbaycanlı alim vebinar iştirakçılarına ölkəmizdə İpək Yolu sahəsində aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Ş.Mustafayev ölkəmizin yeni yaradılan beynəlxalq koordinasiya mərkəzinin işində iştirak perspektivlərini dəyərləndirib.

Download Template Joomla 3.0 free theme.