Görüşdə Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işlərdən, onun və ailəsinin acı taleyindən, həmçinin A.Klodun nəsillərini davam etdirdiyi digər görkəmli şəxsiyyətlərimizdən söhbət aparılıb.
A.Klod özü Fransada yaşayır və orada tarix üzrə təhsil alıb. Görüşdə ona Hacı Zeynalabdin Tağıyev, eləcə də Qacarlar barədə elmi araşdırmalar aparması tövsiyyə olunub. Bildirilib ki, Qacarlarla bağlı tədqiqatların aparılmasında məhz Şərqşünaslıq İnstitutunun ona böyük dəstəyi ola bilər. Ümumiyyətlə, Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq hər iki tərəfə faydalı ola bilər.
Şərqşünaslıq İnstitutunda görüşdən çox məmnun qaldığını bildirən A.Klod gələcək tədqiqatlarında şərqşünas alimlərdən dəstək ala biləcəyinə görə çox sevindiyini qeyd edib.