Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “UŞAQLARIN TƏHLÜKƏSİZLİYİ, BİZİM MƏSULİYYƏTİMİZ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

01 Mart 2019

Martın 1-ə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin əhəmiyyətini qeyd edərək, uşaqların təhlükəsizliyinin təmin edilməsində böyüklərin vəzifəsindən danışdı. Daha sonra institutun əməkdaşı İbrahim Bağırov  “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda məruzə etdi.

 

Mülki müdafiə əmlak və cihazlarının sərgisi təşkil edilmiş tədbirdə institutun mülki müdafiə qüvvələrinin üzvləri əleyhqazdan və tibbi-sanitar vasitələrdən istifadə qaydalarını nümayiş etdirdilər.

Tədbirdə institutun komandir-rəis və Mülki Müdafiə qüvvələrinin şəxsi heyətindən normativlər qəbul edildi.