Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlərin məqaləsi Rumıniyada “Web of Science” bazasında indeksləşdirilən jurnalda dərc olunub

07 Noyabr 2026

AMEA-nın  akademik  Ziya Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova və baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Lalə Bayramovanın həmmüəlliflikdə yazdıqları “Ərəb nəsri və İslam mədəniyyətinin intelektual inkişafı” adlı məqalə Rumıniyanın “Web of Science”  bazasında indeksləşdirilən “Agathos: An International Review of the Humanities and Social Sciences ” jurnalında dərc olunub.



Məqalədə ərəb nəsrinin təşəkkülü və tarixi təkamülü geniş elmi-nəzəri kontekstdə araşdırılır. Tədqiqatda Cahiliyyə dövrünün şifahi nəsr nümunələri, İslamın gəlişi ilə nəsrin ideya-məzmun baxımından yeniləşməsi, Əməvilər və Abbasilər dövrlərində nəsrin janr, üslub və funksional inkişaf mərhələləri təhlil edilir. Ərəb nəsrinin yalnız bədii deyil, eyni zamanda elmi, fəlsəfi və tarixi düşüncənin formalaşmasında oynadığı rol xüsusi diqqət mərkəzinə çəkilir.  Tədqiqatda həm Qərb şərqşünaslarının, həm də klassik və müasir ərəb ədəbiyyatşünaslarının elmi baxışlarına istinad olunur.

Təqdim olunan məqalə ərəb nəsrinin təşəkkülünün və təkamülünün klassik ədəbiyyatşünaslıq yanaşmalarından fərqli olaraq, mərhələli, diskursiv və funksional inkişaf modeli əsasında araşdırılması ilə seçilir. Xüsusilə ərəb nəsrinin dini, elmi, fəlsəfi və tarixi diskursun formalaşmasında oynadığı rol əsaslandırılır. Tədqiqatda ərəb nəsri yalnız xronoloji ardıcıllıqda deyil, sosial-mədəni, dini və intellektual transformasiyaların məhsulu kimi sistemli şəkildə təhlil olunur.

Download Template Joomla 3.0 free theme.