Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Tacikistanda keçirilən beynəlxalq konfransda iştirak edib

21 Oktyabr 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Aygün Əlizadə Tacikistan Respublikasında keçirilən III Beynəlxalq konfransda iştirak edib.

Tacikistan Respublikasının nəzdində fəaliyyət göstərən “Dil və istilahlar” komitəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda alim “Farsdilli ədəbiyyatda simvolik dilin formalaşması” adlı məruzə ilə çıxış edib.



Məruzədə farsdilli sufi ədəbiyyatında terminoloji və simvolik dil sisteminin formalaşması, semantik inkişafı və qarşılıqlı əlaqəsi elmi-nəzəri aspektdən nəzərdən keçirilir. Sufi terminlərinin ilkin nəzəri mənbələrdən poetik diskursa keçidi, leksik mənalarının transformasiyası və spesifik mistik məzmun qazanması Fəridəddin Əttar, Sənai Qəznəvi, Eyn əl-Qüzat Həmədani və digər müəlliflərin əsərləri əsasında təhlil edilir. Müəyyənləşdirilir ki, sufi terminləri nisbətən sabit və ənənəviləşmiş semantik xüsusiyyətlərə malik olduğu halda, simvollar çoxmənalılığı, kontekstual dəyişkənliyi və fərdi poetik interpretasiyaya açıqlığı ilə səciyyələnir. Nəticə etibarilə, terminoloji və simvolik dilin farsdilli sufi ədəbiyyatında bir-birini tamamlayan, mistik təcrübənin və təsəvvüfi düşüncənin bədii ifadəsini təmin edən qarşılıqlı əlaqəli sistemlər olduğu əsaslandırılır.

Konfransda Azərbaycan, Tacikistan, İran İslam Respublikası, Avstriya, Əfqanıstan, Rusiya, Qırğızıstan və digər ölkələrdən olan alimlər iştirak ediblər. Tədbir çərçivəsində 150-dən çox elmi məqalə qəbul olunaraq çap edilib.

Beynəlxalq konfrans dilçilik və terminologiya sahəsində çalışan alimlər arasında elmi fikir mübadiləsi, təcrübə paylaşımı və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub.

Səfər çərçivəsində Aygün Əlizadə, həmçinin Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

 

 

 

Download Template Joomla 3.0 free theme.