Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşının Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqaləsi Misir və Əlcəzair saytlarında yayımlanıb

24 İyul 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin əməkdaşı Elvin Sultanovun "Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünün Misir mətbuatında" adlı məqaləsi Misirin "əl-Əxbār əl-Məsāʾī" və "əl-ʿAləm əl-ʿArabī", həmçinin Əlcəzairin "Tarīq əl-Harīr" mətbu orqanlarının saytlarında dərc olunub.



Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, siyasi vəziyyəti, əhalisi və ərazisi haqqında məlumat verilib. Yazıda həmçinin Misirin qədim qəzetlərindən olan "əl-Əhram"ın 27 iyul 1919-cu il tarixli "Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir" adlı məqaləsindən bir hissə təqdim olunub və oradakı bəzi məqamlara aydınlıq gətirilib.

Məqalədə qeyd olunur ki, 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımış və həmin dövrdə tanınan Azərbaycan ərazisi Zəngəzur bölgəsini də əhatə etmişdir. Məqalədə müasir Azərbaycan Respublikasının AXC-nin siyasi və hüquqi varisi olduğu da diqqətə çatdırılıb.

Download Template Joomla 3.0 free theme.